“Görüşlər keçirdik, Fələstin problemi ilə bağlı hər şeyi müzakirə etdik”
HƏMAS rəsmiləri Moskvada Fələstinin gələcəyini müzakirə ediblər. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərəkatın Siyasi Büro üzvü, xarici siyasət şöbəsinin rəhbəri Musa Əbu Mərzuk bildirib.
“Biz Moskvaya Rusiya Xarici İşlər Nazirliyinin dəvəti ilə gəlmişik. Xarici İşlər Nazirliyində görüşlər keçirdik, Fələstin problemi ilə bağlı hər şeyi müzakirə etdik. ABŞ-ın planladığı gələcəkdən fərqli olaraq bütün region və bəşəriyyətin gələcəyini birlikdə necə müəyyənləşdirəcəyimizə baxdıq”, - deyə HƏMAS yetkilisi vurğulayıb.
Onun sözlərinə görə, indiki münaqişə zamanı Rusiyaya səfərə dəvət bütün dünyaya mesaj idi ki, Rusiya HƏMAS hərəkatını terrorçu deyil, öz xalqının maraqlarını müdafiə edən azadlıq hərəkatı hesab edir: “Bu müharibəni Qərb başlayıb və İsrail Qüdslə, İordaniyanın İordan çayının qərb sahilində, Qəzzanın blokadası və fələstinli əsirlərə münasibəti ilə bağlı hərəkətləri ilə müharibəyə hər cür şərait yaradıb”.