HƏMAS Qəzzada atəşkəs razılaşmasını rədd edir

Dünya

13.03.2024 - 10:54

cedabet dərman SEO Xidməti

“Hərəkatın Qəzzada davamlı atəşkəs tətbiq edilməsi və köçkünlərin tədricən geri qayıtmasına razılaşması doğru deyil”

Fələstinin radikal HƏMAS qrupu “Al Arabia” telekanalının 12 martda Qəzza zolağında atəşkəs razılaşması barədə xəbərini təkzib edib. AYNA xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi “Telegram” kanalında bildirilib.

““Al Arabia” telekanalının HƏMAS-dakı yüksək rütbəli mənbəyə istinadən yaydığı məlumatda, hərəkatın Qəzzada davamlı atəşkəs tətbiq edilməsi və köçkünlərin tədricən geri qayıtmasına razılaşması doğru deyil”, - deyə məlumatda qeyd edilib.

HƏMAS-ın razılaşmanın təfərrüatlarını hazırlamaq üçün Qahirəyə nümayəndə heyəti göndərməsi ilə bağlı məlumatlar da təkzib edilib.

Qeyd edək ki, martın 12-də “Al Arabia” telekanalı HƏMAS-ın Qəzza zolağında ABŞ-ın atəşkəs təşəbbüsü ilə razılaşdığını bildirib. Bildirilib ki, bu sövdələşmədə məcburi köçkünlərin tədricən geri qayıtması da nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş