İslami Müqavimət Hərəkatı İsrailin hər zərbəsinə görə bir girovu edam edəcəyini açıqlayıb
İslami Müqavimət Hərəkatı (HƏMAS) İsrail vətəndaşlarını edam etməklə hədələyib. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Radikal Fələstin qrupunun mesajında deyilir ki, İsrailin daha çox bombardman etməsinə cavab olaraq bir girovu edam edəcək. Söhbət xüsusilə, mülki şəxslərin evlərinin partladılmasından gedir.