Mustafa Dalul Qəzza zolağında döyüş təyyarələri tərəfindən vurulub
HƏMAS-ın Sabra Tell Əl-Hava batalyonunun komandiri Mustafa Dalul Qəzza zolağında döyüş təyyarələri tərəfindən vurulub. AYNA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında məlumat verilib.
“Dəqiq kəşfiyyat məlumatları əsasında fəaliyyət göstərən Müdafiə Qüvvələri döyüşçüləri müharibənin əvvəlindən Qəzza zolağında İsrail ordusuna qarşı döyüş əməliyyatlarını idarə etməkdə mərkəzləşdirilmiş şəkildə iştirak etmiş Sabra Tell əl-Hava batalyonunun komandiri Mustafa Dalulu məhv edib”, - məlumatda vurğulanıb.
Məlumatda Dalulun İsraillə hərbi əməliyyatlar başlamazdan əvvəl batalyonda bir sıra mühüm vəzifələrdə çalışdığı da vurğulanıb.