Haniyə avqustun 2-də Qətərdə dəfn olunacaq
Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə avqustun 2-də İranda keçiriləcək vida mərasimindən sonra Qətərdə dəfn olunacaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın açıqlamasında qeyd olunub.
“Cəsəd avqustun 2-də Qətərin Lusail şəhərində torpağa tapşırılacaq”, - hərəkat mətbuata açıqlamasında bildirib.
Avqustun 1-də HƏMAS Siyasi Bürosunun rəhbəri ilə Tehranda vida mərasimi keçiriləcək. Həmin gün Haniyyənin cənazəsi Dohaya aparılacaq. HƏMAS-ın məlumatına görə, Qətərlə vida mərasimində Fələstin fraksiyalarının nümayəndələri ilə yanaşı, İslam və Ərəb liderləri də iştirak edəcək.
Haniyə iyulun 31-nə keçən gecə öldürülüb. Fələstin hərəkatı Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyib, hücumu “xain” adlandırıb və buna görə İsraili günahlandırıb.