Hələbdə Nəsiminin məzarını ziyarət qadağan olunub - FOTO

Xəbərlər

18.12.2024 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Hələbdə Azərbaycan şairi Nəsiminin məzarı bağlanıb

Hələbdə Azərbaycan şairi Nəsiminin məzarı bağlanıb. AYNA xəbər verir ki, bu barədə Suriyada səfərdə olan jurnalist, “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev bildirib.

Onun sözlərinə görə, Hələbdə  hakimiyyətdə olan “Təhrir aş-Şam” qruplaşması Azərbaycan şairi Nəsiminin məzarına girişi qadağan edib.

“Bu böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsminin məqbərəsidir. Nəsimi soyundan gələn Bəşər Nəsimini də tapdım. Ailə məqbərənin yanında yaşayır. 2015-ci ildə İŞİD Nəsiminin məqbərəsini dağıtmışdı. Şəhər azad olunduqdan sonra Nəsimi ailəsi məzarı bərpa edib.

Hazırda Hələbdə hakimiyyəti zəbt etmiş Tahrir aş-Şam məqbərələrə, o cümlədən Nəsiminin məzarına girişi qadağan edib”-deyə jurnalist yazıb.

Hələbdə Nəsiminin məzarını ziyarət qadağan olunub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş