Həlak olmuş hərbçilərlə bağlı sığorta ödənişlərinə başlanılıb

Cəmiyyət

06.12.2021 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

Bu ilin noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.

AYNA-nın məlumatına görə, bunu mediaya açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib: "16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib".

O qeyd edib ki, digər 5 şəhidin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı şirkətə hələ müraciət daxil olmayıb. Lakin onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş