Həkimlər Ərdoğana ictimaiyyət qarşısında çıxış etməyə qadağa qoyublar

Dünya

26.04.2023 - 14:24

Türkiyə Prezidenti mədəsində problemlərin yarandığını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə mayın 14-də keçiriləcək seçkilər ərəfəsində ictimaiyyət qarşısında çıxışına həkimlər tərəfindən qadağa qoyulub. AYNA xəbər verir ki, bu barədə Ərdoğanın özü bildirib. 

Türkiyə lideri aprelin 25-də televiziyaya verdiyi müsahibə zamanı səhhəti ilə əlaqədar ona şəfa diləyən hər kəsə təşəkkür edib: “Həkimlərin məsləhəti ilə bu gün istirahət edib evdə qalacağam”. 

Aprelin 26-da onun seçki kampaniyası çərçivəsində bir sıra tədbirləri planlaşdırılırdı.

Qeyd edək ki, Ərdoğan özünü pis hiss etdikdən sonra televiziyada canlı yayım kəsilib. O, bir müddətdən sonra canlı yayıma qayıdıb, tamaşaçılardan üzr istəyib və onlara can sağlığı arzulayıb. Prezident mədəsində problem yarandığını söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş