Monitorinqlər 24 şadlıq sarayında, 18 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 21-də və 22-də Bakıda və respublikanın digər ərazilərində 38 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, monitorinqlər 24 şadlıq sarayında, 18 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 119 nəfər toy şənliklərinə buraxılmayıb.