Nizaməddin Quliyev həbsdə saxlanıldığı müəssisədə vəfat edib
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev həbsdə saxlanıldığı müəssisədə vəfat edib.
AYNA yerli mediaya istinadən bildirir ki, N.Quliyev ötən gün dünyasını dəyişib.
Onun bu gün Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunmuşdu.