Havanın temperaturu 38 dərəcəyədək qalxacaq

Xəbərlər

09.06.2020 - 13:29

cedabet dərman SEO Xidməti

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir

 

İyunun 10-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. AYNA Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

İyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş