Havanı çirkləndirən obyektin sahibi cəzalandırılıb

Xəbərlər

10.08.2020 - 11:27

cedabet dərman SEO Xidməti

Vüqar Ağalıyev 2500 manat məbləğində cərimə olunub

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib. Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

 

Xəbərdə qeyd edilib ki, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub. Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş