Havada toz dumanı həftə sonuna qədər davam edəcək

Cəmiyyət

22.06.2021 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda dispers toz hissəciklərinin konsentrasiyası normadan artıqdır

 

Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

 

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş