Yağış yağacaq, leysan olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir.
AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, rayonlarda noyabrın 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.