Hava ilə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

18.09.2025 - 18:57

Bakıda və rayonlarda güclü külək əsəcək, leysan yağacaq

Növbəti iki gün ərzində Bakıda və rayonlarda leysan yağacağı gözlənilir. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-dən 19-na keçən gecə və 19-u axşam, 20-si gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 19-u axşamdan 20-si səhərədək isə yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 21-i axşamadək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş