Hadrut istiqamətindəki meşə zolağında yanğın - <font color=red> VİDEO</font>

Hadisə

05.07.2021 - 11:50

Həkimlər Klinikalar SEO Xidməti

Bir ədəd helikopter cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

 

Fövqəladə Hallar Nazirliyinə (FHN) Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən AYNA-ya verilən xəbərə görə, məlumat əsasında dərhal Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

 

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş