Gürcüstanın Baş naziri Ermənistanı sülhə çağırıb

Aktual

08.09.2021 - 16:50

Həkimlər Klinikalar SEO Xidməti

İrakli Qaribaşvili: “İnanıram ki, bu çağırış yeni fürsətlərə çevriləcək”

 “Qarabağ müharibəsi region üçün çətin çağırış idi. İnanıram ki, bu çağırış yeni fürsətlərə çevriləcək”.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu fürsətlər Ermənistana və onun xalqına firavanlıq gətirə bilər.

Baş nazir vurğulayıb ki, Ermənistanın siyasi-iqtisadi stabilliyi regionun stabilliyi ilə əlaqəlidir.

 “Xatırlatmaq istərdim ki, son 30 il ərzində regionda bir çox münaqişələr baş verib. Bizim ortaq baxışımız və səylərimiz regionu sülh, əmin-amanlıq və fürsətlər regionuna çevirməkdir. Bu, bizim ortaq baxışımız olmalıdır və bu istiqamətdə işləməyə davam etməliyik”, - deyə İ. Qaribaşvili vurğulayıb.

Baş nazir onu da qeyd edib ki, N. Paşinyanla görüş zamanı tərəflər iqtisadi, ticari, nəqliyyat, kommunikasiya əlaqələri ilə bağlı məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş