Gürcüstanda yeni siyasi platforma yaradılıb

Dünya

29.11.2019 - 21:23

Həkimlər Klinikalar SEO Xidməti

“Gürcüstan bizim vətənimizdir və biz onu güclü dövlətə çevirməliyik”

 

Gürcüstanın “Lelo” hərəkatı, Qurucular Hərəkatı və Yeni Sağlar partiyaları yeni siyasi platforma təsis ediblər.

 

AYNA “Report”a istinadən xəbər verir ki, siyasi təşkilatlar ölkədə yaranan çıxılmaz vəziyyətin aradan qaldırılması üçün sıx əməkdaşlıq edəcəklər.

 

Platforma paritet əsasda və bərabər tərəfdaşlıq əsasında formalaşıb.

 

Yeni Sağlar Partiyasının sədri Pikriya Çixradze bildirib ki, platforma cəmiyyətin etibarını qazanacaq: “Gürcüstan bizim vətənimizdir və biz onu güclü dövlətə çevirməliyik”.

 

Yeni platforma Gürcüstanın bütün müxalifət partiyaları kimi proporsional seçki sisteminə keçidi dəstəkləyir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş