Gürcüstanda yeni patriarx seçilib - FOTO

Dünya

11.05.2026 - 17:27

Metropolitan Şio Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib

Genişləndirilmiş kilsə məclisi Gürcü Kilsəsinin yeni patriarxını seçib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Kilsənin əvvəlki rəhbəri II İlyanın yerli nümayəndəsi vəzifəsində çalışmış Metropolitan Şio Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib.

Yeni dini rəhbər 39 səsdən 22-sini alıb və Metropolitan Şio Bütün Gürcüstanın Avtokefal Apostol Pravoslav Kilsəsinin Katolikos-Patriarxı seçilib.

Şio III adını daşıyacaq yeni patriarxın taxta çıxma mərasimi mayın 12-də keçiriləcək.

Qeyd edək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 17 martda 93 yaşında vəfat edib. Onun ölümü ilə əlaqədar milli matəm elan olunub və matəm 22 martda keçirilən dəfn mərasiminə qədər davam edib.

Gürcüstanda yeni patriarx seçilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş