Gürcüstanda yeni nazir vəzifəsi yaradılıb

Dünya

29.04.2026 - 22:59

Deputatlar Mamuka Mdinaradzeni yeni vəzifəyə təsdiqləyiblər

Gürcüstan Parlamenti "Hökumətin Strukturu, Səlahiyyətləri və Prosedurları haqqında" Qanuna dəyişiklikləri qəbul edərək, Hüquq-mühafizə Orqanlarının Koordinasiyası üzrə Dövlət Naziri vəzifəsi yaradıb.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, deputatlar əvvəllər Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) rəhbərlik etmiş Mamuka Mdinaradzeni yeni vəzifəyə təsdiqləyiblər. O həmçinin hökumətdə Baş nazirin müavini vəzifəsini icra edəcək.

Parlament sədri Şalva Papuaşvili iclasda Mdinaradzenin cümə axşamı vəzifəsinin icrasına başlayacağını deyib. O Mdinaradzeyə Baş nazirin müavini vəzifəsində uğurlar arzulayıb.

"Bugünkü çətinlikləri nəzərə alaraq, hüquq-mühafizə orqanlarının koordinasiyasının effektiv olması vacibdir", - deyə parlament sədri bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş