Gürcüstanda “xarici agentlər”in məcburi qeydiyyatı üçün portal hazırlanacaq

Dünya

03.06.2024 - 15:38

Həkimlər Klinikalar SEO Xidməti

Spiker: “Qanun rəsmi qəzetdə dərc olunacaq və sabahdan qüvvəyə minəcək”

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili “Xarici agentlər” haqqında qanunu imzaladıqdan sonra ölkənin Ədliyyə Nazirliyinin xarici qüvvələrin maraqlarını təbliğ edən təşkilatlar üçün portal hazırlayacağını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Popuaşvili bildirib ki, resurs 60 gün ərzində hazırlanacaq: “Mən bu qanunu bu gün imzaladım. Qanun rəsmi qəzetdə dərc olunacaq və sabahdan qüvvəyə minəcək. Sabahdan başlayaraq, 60 gün ərzində Gürcüstanın Ədliyyə Nazirliyi bütün lazımi normativ sənədləri işləyib hazırlayacaq və təşkilatlar üçün elektron portal yaradacaq”, - Papuaşvili qeyd edib.

Spiker “xaricdən maliyyələşən əhəmiyyətli” təşkilatların 2023-cü ildə qeydiyyatdan keçməli və maliyyə vəziyyətini bəyan etmələri tələb olunacağına xüsusi diqqət çəkib.

Qanuna görə, gəlirinin 20 faizindən çoxunu xaricdən əldə edən təşkilat xarici dövlətin maraqlarını güdmüş sayılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş