Koronavirus sürətlə yayılmaqda davam edir
Gürcüstanda daha beş nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib.
AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla ölkədə koronavirusa yoluxma hallarının sayı 90-a çatıb. Virusdan sağalanların sayı isə 16 nəfər təşkil edir.
Karantində 4 534, stasionar nəzarətdə isə 276 nəfər saxlanılır. Aktiv virus daşıyıcılarının sayı 74 nəfərdir.