Gürcüstanda karantin rejimi sərtləşdirilir

Dünya

27.11.2020 - 03:35

Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə icazə veriləcək

 

Gürcüstan hökuməti ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə bir sıra sərtləşdirici tədbirlər görülməsi barədə qərar qəbul edib. 

 

AYNA xəbər verir ki, noyabrın 28-dən etibarən Gürcüstanda metro da daxil olmaqla, bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

 

Baş nazir qeyd edib ki, taksilərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Eləcə də bayram günlərində ictimai nəqliyyatın hərəkətinə icazə veriləcək. Lakin sonradan qadağalar yenidən tətbiq olunacaq.

 

Qeyd edək ki, Gürcüstanda noyabrın 28-dən sərt karantin rejimi tətbiq olunacaq və bu rejim 2021-ci il yanvarın 31-dək qüvvədə qalacaq. Bundan başqa, hökumətin digər qərarına əsasən, gələn il yanvarın 3-dən 15-dək bütün ölkə üzrə tətil elan olunacaq.

 

Tətil dövründə banklar, strateji əhəmiyyətli müəssisə və xidmətlər istisna olmaqla, bütün digər dövlət və özəl müəssisələr fəaliyyət göstərməyəcək.

Müəllif: Ayna.az