Qonşu ölkədə koronavirusa yoluxanların ümumi sayı 356 920 nəfər təşkil edir
Gürcüstanda son sutkada daha 741 nəfərə koronavirus diaqnozu qoyulub, 945 nəfər sağalaraq evə buraxılıb.
AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 356 920 nəfər təşkil edir, onların 342 720-si sağalıb.
Ötən 24 saat ərzində xəstəlikdən daha 18 nəfər vəfat edib və ümumi ölüm sayı 5114-ə yüksəlib.