Gürcüstanda ardıcıl 5 dəfə zəlzələ olub

Dünya

11.07.2022 - 11:34

Həkimlər Klinikalar SEO Xidməti

Birinci və ikinci zəlzələnin təsiri paytaxt Tbilisidə də hiss olunub

İyulun 11-də səhər saatlarında Gürcüstanda ardıcıl 5 dəfə zəlzələ baş verib. AYNA xəbər verir ki, birinci yeraltı təkanlar səhər saat 7:-36-da Dmanisi bələdiyyəsinin Sameba kəndi yaxınlığında 4,8 bal gücündə olub.

Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, saat 09:10-da Gürcüstan-Ermənistan sərhədi yaxınlığında 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

İkinci zəlzələ hadisəsi isə bundan 18 dəqiqə sonra baş verib. Üçüncü dəfə zəlzələnin episentri 3,1 bal gücündə qeydə alınıb.

Birinci və ikinci zəlzələnin təsiri paytaxt Tbilisidə də hiss olunub.

Dördüncü zəlzələ saat 9:10-da baş verib. 4,5 maqnitudalı növbəti zəlzələnin də episentri Sameba kəndi yaxınlığında qeydə alınıb. Beşinci isə saat 10:14-də Gürcüstan-Ermənistan sərhədində baş verib. 3,1 maqnitudalı iki təkan olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş