“Qonşu ölkə vasitəsilə Gürcüstana 157 kiloqram heroin keçirən İran vətəndaşı saxlanılıb”
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları “qara bazar” dəyəri təxminən 20 milyon dollar olan 157 kq ağırlığında böyük bir heroin partiyasını müsadirə ediblər. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib.
"Dekabrın 30-da DİN əməkdaşları külli miqdarda narkotik maddə ələ keçiriblər. Yük maşınında qonşu ölkə vasitəsilə Gürcüstana 157 kq heroin keçirən İran vətəndaşı saxlanılıb. Narkotiklər mərmər lövhələrə yığılıb", - Daraxvelidze brifinqdə bildirib.
Onun sözlərinə görə, DİN cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi üçün araşdırmalarını davam etdirir.
Nazir müavini qeyd edib ki, "İstintaq Cinayət Məcəlləsinin ömürlük həbs cəzası nəzərdə tutan maddələri ilə aparılır".