Gürcüstana Azərbaycan dilində dərsliklər göndərilib

Xəbərlər

15.10.2025 - 14:55

Vəsaitlərə I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri daxildir

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəblərinə 2025-2026-cı tədris ili üçün dərsliklər göndərib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, 18 adda 21 179 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.

Vəsaitlərə I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri daxildir.

Təhvil-təslim prosesində Elm və Təhsil Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş