“Mən dedim ki, heç bir təzyiq altında qərar verməyəcəyəm”
Gürcüstan Prezidenti Salome Zurabişviliyə həbsdə olan keçmiş Prezident Mixail Saakaşvili ilə bağlı Avropa Parlamenti tərəfindən təzyiqlər edilib. Bu barədə Zurabişvilinin özü bildirib.
Qeyd edib ki, dövlət başçısından Saakaşvilinin əfv olunmasını tələb edirlər: “Avropa Parlamentindən, müxtəlif yerlərdən təkliflər gəlir, təzyiqlər var, daha çoxunu demirəm. Mən dedim ki, heç bir təzyiq altında qərar verməyəcəyəm. Mən həm daxildə, həm də kənarda təzyiqləri nəzərdə tuturam”.
Qeyd edək ki, Avropa Parlamenti dəfələrlə Zurabişvilidən Saakaşvilini əfv etməyə çağıran qətnamələr qəbul edib. Belə çağırışla sonuncu qətnamə bu ilin mart ayının əvvəlində qəbul edilib. Zurabişviliyə avropalı deputatlardan da fərdi müraciətlər daxil olub. Prezident dəfələrlə Saakaşvilini əfv etməyi planlaşdırmadığını bildirib.