Gürcüstan hökuməti BBC-ni məhkəməyə verəcək

Dünya

16.12.2025 - 16:29

“ABŞ Prezidenti Trampın BBC-yə qarşı iddiası Gürcüstanın mövqeyini gücləndirir”

“Gürcüstan BBC-yə qarşı hüquqi addımlar atmağa hazırlaşır və artıq bu istiqamətdə vəkillər işləyir”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Trampın BBC-yə qarşı iddiası Gürcüstanın mövqeyini gücləndirir.

"Prezident Tramp BBC-yə qarşı 10 milyard dollarlıq iddia qaldıracağını elan etdi. Biz də bu iddia üzərində işləyirik və təbii ki, eyni yolu tutacağıq”, – deyə Papuaşvili qeyd edib.

Onun sözlərinə görə, bu hadisə müxtəlif ölkələrdə eyni media qrupu tərəfindən idarə olunan və vahid təbliğat xətti aparan mexanizmin mövcudluğunu bir daha sübut edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş