Gürcüstan DTX-yə yeni sədr təyin olunub

Dünya

03.09.2025 - 14:22

Mamuka Mdinaradze DTX-nin sədri vəzifəsinə təsdiqlənib

Gürcüstan Parlamentinin bu gün keçirilən iclasında Baş nazir İrakli Kobaxidzenin təqdimatı əsasında ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni sədr təyin edilib.

AYNA.AZ gürcü mediasına idtinadən bildirir ki,  "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının icraçı katibi, deputat Mamuka Mdinaradze DTX-nin sədri vəzifəsinə təsdiqlənib.

Parlamentin 85 deputatı onun təyinatının lehinə səs verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş