Azərbaycanda süni cihaz aparatına qoşulu koronavirus xəstəsinin <font color=red> SAYI</font>

Aktual

19.09.2020 - 23:31

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda reanimasiya şöbələrində 108 nəfər müalicə alır

 

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AYNA-ya bildirilib ki, hazırda reanimasiya şöbələrində 108 nəfər müalicə alır. Xəstələrdən 8-i süni tənəffüs cihazına qoşulub. Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1867 nəfərdir.

Müəllif: Ayna.az