Gürcüstan ATƏT-ə etiraz notası göndərib

Dünya

16.10.2025 - 16:11

“Valtonen Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanatla çıxış edib”

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in fəaliyyətdə olan sədri qismində Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Gürcüstana səfərindən narahatlığını bildirib və ATƏT Katibliyinə, təşkilatın iştirakçı dövlətlərinə etiraz notası göndərib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan XİN-dən bildirilib.

ATƏT-in Katibliyinə göndərilən notada qeyd edilib ki, Gürcüstan XİN rəsmi səfəri üçün nəzərdə tutulan proqrama əlavə olaraq “nazir Valtonenin kiçik bir qrup anti-hökumət fəalı tərəfindən təşkil edilən küçə etirazına qatılaraq Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanatla çıxış edib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş