Baş nazir Kobaxidze: “Gürcüstanın arzusu ABŞ-la münasibətləri bərpa etməkdir”
Rəsmi Tiflis Vaşinqtonla ikitərəfli münasibətləri bərpa etmək arzusunda olduğunu bəyan edib. AYNA “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Son bir neçə il münasibətlərimizə xələl gətirdi, gürcü tərəfinin istəyi münasibətləri bərpa etməkdir”, - Kobaxidze qeyd edib.
Gürcüstanın Baş naziri əlavə edib ki, o, ABŞ-la münasibətlərin yaxşılaşdırılmasına nikbindir. Onun sözlərinə görə, rəsmi Tiflis hazırda Vaşinqtondan qarşılıqlı addımlar gözləyir.
Bundan əvvəl Kobaxidze ABŞ-ın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının üzvlərinə qarşı sanksiyalarının təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, deputatların heç biri ABŞ-dan viza məhdudiyyəti ilə bağlı bildiriş almayıb.