“Gürcü Arzusu”nun deputatının evində meyiti aşkarlanıb

Dünya

27.10.2022 - 14:35

Həkimlər Klinikalar SEO Xidməti

Təsdiq olunmayan məlumata görə, 51 yaşlı siyasətçi intihar edib

Gürcüstan Parlamentinin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından olan deputatı İrakli Xaxubiyanın bu gün səhər saatlarında öz mənzilində meyiti tapılıb. AYNA xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Bildirilir ki, mənzildə həmçinin odlu silah aşkarlanıb.

Təsdiq olunmayan məlumata görə, 51 yaşlı siyasətçi intihar edib.

Yaxınlarının sözlərinə görə, oğlunun ölümündən sonra deputatın səhhətində problemlər yaranıbmış.

Xatırladaq ki, 21 yaşlı Beka Xaxubiya 2017-ci il mayın 17-də avtomobil qəzasında dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş