“Gürcü Arzusu” Saakaşvilinin partiyasının ləğvini tələb edir

Dünya

30.10.2025 - 16:53

Üç müxalifət partiyasının fəaliyyətinin qadağan elan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilib

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası Konstitusiya Məhkəməsinə üç müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi üçün müraciət edib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi qanuna uyğun olaraq doqquz ay ərzində işə baxmalıdır.

"Müvafiq olaraq, qərar gələn ilin iyul ayında verilməlidir. Prosesin nə vaxt və necə davam edəcəyini Konstitusiya Məhkəməsi özü müəyyən edəcək", - Papuaşvili deyib.

İddia hakim “Gürcü Arzusu” və Avropa Sosialistləri və Xalq Gücü Partiyasından olan parlament üzvləri tərəfindən irəli sürülüb.

İddia ərizəsində keçmiş Prezident Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” Partiyasının, “Dəyişiklik Uğrunda” koalisiyanın və “Lelo - Güclü Gürcüstan” Partiyasının konstitusiyaya zidd elan edilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş