"Güclü Gürcüstan - Lelo" koalisiyasının liderlərindən biri terroçuluqda ittiham olunub

Dünya

01.12.2025 - 12:56

Aleko Elisaşvili Tiflis Şəhər Məhkəməsinin binasını yandırmağa cəhddə günahlandırılır

"Güclü Gürcüstan - Lelo" koalisiyasının liderlərindən biri Aleko Elisaşvili Gürcüstan Cinayət Məcəlləsinin 323-cü maddəsinin 1-ci hissəsi ilə rəsmi olaraq ittiham edilib. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.

Bu maddə terror aktlarına aiddir və 10 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur.

"Aleko Elisaşvili terrorçu kimi tanınıb", - Elisaşvilinin vəkili məhkəməyəqədər həbsdən azad edildikdən sonra bildirib.

Vəkilin sözlərinə görə, Elisaşvili ittihamları rədd edir və hərəkətlərini sadəcə etiraz forması hesab edir.

" Elisaşvili hərəkətlərini etiraf edir, baxmayaraq ki, onlarda cinayət elementləri olduğuna inanmır. Söhbət məhz bundan gedir. Bu, etiraz forması idi", - vəkil qeyd edib.

Qeyd edək ki, Elisaşvili dünən həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, müxalifətçi Tiflis Şəhər Məhkəməsinin binasını yandırmağa cəhd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş