Göygöldə meyit tapılıb

Hadisə

21.10.2024 - 23:35

Həkimlər Klinikalar SEO Xidməti

Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb. AYNA-nın "Report"a istinadən  məlumatına görə, hazırda tapılan meyitin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş