Göygöldə iki bacı dəm qazından zəhərlənib

Hadisə

26.03.2024 - 23:29

Göygöl şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

AYNA-nın "Report"a istinadən məlumatına görə, 2013-cü il təvəllüdlü N.Atayeva və 2017-ci il təvəllüdlü S.Atayeva yaşadıqları evdə dəm qazından zəhərlənib.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az