Murad Allahverdiyev çayda boğulub
Göygöldə 14 yaşlı oğlan çayda batıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Gəncəçayın rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki , Gəncə sakini 14 yaşlı Allahverdiyev Murad Yasin oğlu çayda boğulub.
Hadisə yerinə Gəncə Şəhər Baş Polis idarəsinin və digər qurumların əməkdaşları cəlb olunub.