Goranboyda yanğ törədən şəxs saxlanılıb

Xəbərlər

10.10.2025 - 10:46

Şahin Qurbanovun 18 sot biçilmiş əkin sahəsini yandırması məlum olub

Oktyabr ayının 8-də Goranboy rayon Bolsulu kəndində biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, araşdırmalarla kənd sakini, Şahin Qurbanovun 18 sot biçilmiş əkin sahəsini yandırması məlum olub.

Ş. Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş