Gömrükdə külli miqdarda dərman pereparatı müsadirə edilib

Xəbərlər

14.09.2021 - 16:13

Həkimlər Klinikalar SEO Xidməti

“Samur” gömrük postunda “DAF” markalı yük avtomobilləri saxlanılıb

Azərbaycan ərazisinə daxil olan yük avtomobilləri saxlanılıb. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi iki ədəd “DAF” markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 7 200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd inyeksiya üçün iynə, 94 ədəd vakuum test borusu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş