Gimnastımız qızıl medal qazanıb

İdman

05.04.2026 - 19:52

Azərbaycan təmsilçisi Azadə Atakişiyeva qızıl medal qazanıb

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir. AYNA.AZ xəbər verir ki, gənclər kateqoriyasında çıxış edən Azərbaycan təmsilçisi Azadə Atakişiyeva qızıl medal qazanıb.

O lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı daha əvvəl topla hərəkətlərin icrasında ikinci olub.

Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş