“Qalatasaray”ın yeni prezidenti müəyyənləşib

İdman

20.06.2021 - 01:19

Elmas İstanbul təmsilçisinin 35-ci prezidentidir

 

Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti müəyyənləşib.

 

AYNA xəbər verir ki, bu gün keçirilən seçkiləri Burak Elmas qazanıb. O, klub prezidentliyi uğrunda Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü qabaqlayıb.

 

Qeyd edək ki, B.Elmas İstanbul təmsilçisinin 35-ci prezidentidir.

 

Xatırladaq ki, “sarı-qırmızılar”a 2018-ci ildən rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməmişdi.

Müəllif: Ayna.az