Gerasimov: “Qərb və Rusiya arasında qarşıdurmanın artması perspektivləri var”

Dünya

21.12.2023 - 15:27

cedabet dərman SEO Xidməti

“İsveç və Finlandiyanın NATO-ya sürətləndirilmiş inteqrasiyası Avropadakı vəziyyətə mənfi təsir göstərir”

“Bu gün Qərblə Rusiya arasında siyasi və iqtisadi sahədə qarşıdurmanın artması perspektivləri var”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

Onun sözlərinə görə, buna Şərqi Avropa, Baltik və Qara dəniz regionlarında, eləcə də Arktikada NATO qoşunlarının hərbi mövcudluğunun artması kömək edir.

Gerasimov əlavə edib ki, digər məsələlərlə yanaşı, İsveç və Finlandiyanın Alyansa sürətləndirilmiş inteqrasiyası Avropadakı vəziyyətə mənfi təsir göstərir.

Gerasimov həmçinin bildirib ki, Ukraynanın geniş şəkildə təbliğ etdiyi əks-hücum uğursuzluqla nəticələnib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş