Gəncəliyevin yeni müavini professordur

Xəbərlər

02.07.2020 - 17:18

cedabet dərman SEO Xidməti

Qarabağın azərbaycanlı icmasına yeni sədr müavini təyin edilib

 

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi sədri Tural Gəncəliyevə yeni müavin təyin olunub. İcmadan AYNA-ya verilən xəbərə görə, bu vəzifəyə Gülməmməd Məmmədov təyinat alıb.

 

“Savadı, səmimiyyəti və mübarizə ruhu ilə bütün Azərbaycanın sevgisini qazanmış professor Gülməmməd Məmmədov artıq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının katibliyində, mənim müavinim olaraq fəaliyyət göstərməyə başlayıb. Gülməmməd müəllimə uğurlar arzu edirəm. Əminəm ki, tezliklə Qarabağımıza birlikdə qayıdacağıq!”, - deyə Gəncəliyev təyinata münasibət bildirib.

 

Qeyd edək ki, G.Məmmədov həm də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvüdür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş