Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Həsənova Hicran Tofiq qızını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.