Gəncədə idman kompleksində yanğın olub

Xəbərlər

13.12.2023 - 17:44

Üzgüçülük zalının sauna otağının taxta üzlüyü yanıb

Gəncə şəhərində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, idman kompleksinin ərazisində ümumi sahəsi 1000 kvadratmetr olan üzgüçülük zalının sahəsi 4 kvadratmetr olan sauna otağının taxta üzlüyü yanıb.

Üzgüçülük zalının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş