Gəncədə 2 piyadanı avtomobil vurub

Hadisə

08.03.2026 - 19:44

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan “NİVA” markalı minik maşını yolu keçmək istəyən orta 1961-ci il təvəllüdlü M.Müseyibovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü İ.Musayevi vurub. Yeniyetmə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş