Gəncə və Sumqayıtda modul tipli xəstəxanalar açılacaq

Cəmiyyət

18.05.2020 - 18:39

Həkimlər Klinikalar SEO Xidməti

“Hazırda belə xəstəxanaların açılması çox vacib məsələdir”

 

“Birinci modul tipli xəstəxana Bakı şəhərində açılıb. İkinci xəstəxananın açılması üzərində intensiv iş gedir və o, Gəncə şəhərində açılacaq. Digər bir xəstəxana isə Sumqayıt şəhərində fəaliyyətə başlayacaq”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

“Son həftələrdəki statistik rəqəmlər onu göstərir ki, modul tipli xəstəxanaların bu gün açılması çox vacib məsələdir və bizə çox lazmdır. Çünki koronavirusa yoluxan xəstələrimizin sayı artmaqda davam edir”, - Qarayeva bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş