Gənc əsgərlərin andiçməsi olub

Xəbərlər

07.06.2020 - 16:50

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

 

Müdafiə nazirinin tapşırığına əsasən, iyunun 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, mərasimlər Azərbaycan Respublikasının dövlət himninin səslədirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

 

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Müəllif: Ayna.az